Suriya ordusunun hərbçiləri və Suriya Demokratik Qüvvələri arasında silahlı toqquşma baş verib.
APA “Al Arabiyya” telekanalına istinadən xəbər verir ki, nəticədə Suriya təhlükəsizlik qüvvələrindən 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Toqquşmalar Hələb şəhərində qeydə alınıb.
Suriya Müdafiə Nazirliyi hücumu SDQ-nin həyata keçirdiyini bildirib və bunun hökumətlə silahlı qruplaşma arasında razılaşmalara zidd olduğunu vurğulayıb.
Qeyd edək ki, SDQ ötən ilin sonuna qədər Suriya ordusuna inteqrasiya edilməli idi.