AZ

Bakı Limanı yük aşırmalar üzrə rekord göstərici əldə etdi

AZCON Holding şirkətlərindən olan ADY-nin Bakı Beynəlxalq Dəniz Limanında ötən il 100 min TEU konteynerdən çox yük aşırılaraq limanın tarixində rekord göstəriciyə imza atılıb.

ADY-dən Bakıvaxtı.az-a verilən məlumata görə, 2024-cü illə müqayisədə limanın ADY-yə inteqrasiya edildiyi 2025-ci ildə müvafiq göstəricidə 40 faizə yaxın artım qeydə alınıb.

"Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, yalnız başlanğıcdır, bu say dəfələrlə artacaq. ADY bu istiqamətdə intensiv işləri davam etdirir", - məlumatda qeyd olunub.

Seçilən
103
11
bakivaxti.az

10Mənbələr