AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yollarının (ADY) Bakı Beynəlxalq Dəniz Limanında ötən il 100 min TEU konteynerdən çox yük aşırılaraq limanın tarixində rekord göstəriciyə imza atılıb.
ADY-nin yaydığı məlumatda bildirilir ki, 2024-cü illə müqayisədə limanın ADY-yə inteqrasiya edildiyi 2025-ci ildə müvafiq göstəricidə 40 faizə yaxın artım qeydə alınıb.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, yalnız başlanğıcdır, bu say dəfələrlə artacaq. ADY bu istiqamətdə intensiv işləri davam etdirir.