Bu gün Türkiyə Superkubokunda 2-ci finalçı müəyyənləşib.
QOL.az xəbər verir ki, sonuncu yarımfinal oyununda "Fənərbaxça" "Samsunspor"la qarşılaşıb.
Görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə Kerem Aktürkoğlu açıb. 67-ci dəqiqədə isə Con Duran fərqlənib.
Beləliklə, "Fənərbaxça" adını finala yazdırıb. Domeniko Tedeskonun baş məşqçisi olduğu komanda həlledici görüşdə "Qalatasaray"la qarşılaşacaq.
Final oyunu yanvarın 10-da Atatürk Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.