AZ

Superkubok: “Fənərbağça” – “Qalatasaray” finalı olacaq

Türkiyə Superkubokunda ikinci finalçı müəyyənləşib.

Msport.az xəbər verir ki, sonuncu yarımfinal oyununda “Fənərbağça” “Samsunspor”la qarşılaşıb.

Görüş İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə Kerem Aktürkoğlu açıb. 67-ci dəqiqədə isə Con Duran fərqlənib. Beləliklə, “Fənərbağça” adını finala yazdırıb. Domeniko Tedeskonun baş məşqçisi olduğu komanda həlledici görüşdə “Qalatasaray”la qarşılaşacaq.

Final oyunu yanvarın 10-da Atatürk Olimpiya Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

Seçilən
75
1
msport.az

2Mənbələr