Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Ağsu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, qəza Muğanlı–İsmayıllı avtomobil yolunda, Ağsu rayonunun Qırlar kəndi ərazisində axşam saatlarında qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sürücü, 1994-cü il təvəllüdlü Orucov Faiq Şükür oğlu ağır xəsarət alıb. Avtomobildə olan 2002-ci il təvəllüdlü, Balakən rayon sakini Orucova Kəmalə isə hadisə yerində həyatını itirib. Qəza zamanı xəsarət alan digər şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.