Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ağsuda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb."Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Muğanlı–İsmayıllı avtomobil yolunun rayonun Qırlar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.Qəza nəticəsində avtomobildə olan Balakən rayon sakini, 24 yaşlı Kəmalə Orucova hadisə yerində ölüb.Xəsarət alan sürücü, 32 yaşlı Faiq Şükür oğlu Orucov və digər şəxslər təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.