AZ

"Qarabağ" pakistanlı futbolçu üçün danışıq aparır

style='margin-bottom:10px;'>

"Qarabağ" İsveçin "Myollbü" klubunun pakistanlı futbolçusu Abdullah İqbal ilə maraqlanır.

QOL.az xəbər verir ki, bu barədə "Propakistani" nəşri məlumat yayıb. 

Xəbərdə bildirilib ki, Ağdam klubu 23 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna təklif göndərib.

Macarıstanın "Ferentsvaroş" və Belçika "Gent" klubunun da İqbalı heyətinə cəlb etmək istədiyi bildirilib.

Nəşrin yazdığına görə, "Qarabağ" müntəzəm, elcə də hazırda UEFA Çempionlar Liqasında iştirak edir ki, bu da  Pakistan millisinin üzvü üçün doğru seçim kimi qiymətləndirilə bilər. 

Abdullah İqbal ötən mövsüm "Myöllbü"nün heyətində İsveç çempionatında 24 oyun keçirib, 2 məhsuldar ötürmə edib. Onun klubu ilə müqavilə müddəti 2028-ci ilin dekabrına qədərdir.

Pakistan millisinin kapitanı yığmada 19 matçda meydana çıxıb.  "Transfermarkt" portalı İqbalın dəyərini 2 milyon avro olaraq qiymətləndirir.

Seçilən
105
6
teleqraf.com

10Mənbələr