AZ

“Qarabağ” pakistanlı müdafiəçi ilə danışıq aparır

“Qarabağ” İsveçin “Myöllbü” klubunun pakistanlı futbolçusu Abdullah İqbalı heyətinə cəlb edə bilər.

Msport.az xəbər verir ki, Ağdam klubu 23 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna təklif göndərib.

Daha əvvəl isə Macarıstanın “Ferentsvaroş” və Belçikanın “Gent” klubunun da İqbalı heyətinə cəlb etmək istədiyi barədə xəbərlər yayılıb.

“Qarabağ” müntəzəm, eləcə də hazırda UEFA Çempionlar Liqasında iştirak edir ki, bu da Pakistan millisinin üzvü üçün doğru seçim kimi qiymətləndirilə bilər.

Danimarkada doğulan və 192 sm boya malik Abdullah İqbal ötən mövsüm “Myöllbü”nün heyətində İsveç çempionatında 24 oyun keçirib, 2 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin dekabrına qədərdir.

Pakistan millisinin kapitanı yığmada 19 matçda meydana çıxıb.  “Transfermarkt” portalı İqbalın dəyərini 2 milyon avro olaraq qiymətləndirir.

Seçilən
63
3
msport.az

10Mənbələr