AZ

Sumqayıtda təbii hadisə nəticəsində 650 abonent qazsız qaldı

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Sumqayıt şəhərində ağacın qaz xəttinin üzərinə aşması səbəbindən 650 abonentin qaz təchizatı dayandırılıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhərin 4-cü mikrorayon ərazisində irigövdəli ağac diametri 108 mm olan qaz xəttinin üzərinə aşaraq onu zədələyib.

Yaranmış təhlükənin aradan qaldırılması məqsədilə aparılan təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 650 abonentin qaz təchizatı dayandırılıb.

İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
9
bakivaxti.az

10Mənbələr