AZ

Sumqayıtda ağac qaz xəttinin üzərinə aşdı - 650 abonent qazsız qaldı

Sumqayıt şəhərində ağacın qaz xəttinin üzərinə aşması səbəbindən 650 abonentin qaz təchizatı dayandırılıb.

Ölkə.az xəbər verir ki, şəhərin 4-cü mikrorayon ərazisində irigövdəli ağac diametri 108 mm olan qaz xəttinin üzərinə aşaraq onu zədələyib.
 

Yaranmış təhlükənin aradan qaldırılması məqsədilə aparılan təmir-bərpa işləri ilə əlaqədar ərazidəki 650 abonentin qaz təchizatı dayandırılıb.


İşlər başa çatdıqdan sonra qazın verilişi bərpa ediləcək. (Report.az)

Seçilən
65
9
olke.az

10Mənbələr