AZ

Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Yanvarın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend MilliHidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıdavə Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə vəsəhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi səhərmülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2 dərəcədən 4, gündüz 8 dərəcədən 12dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civəsütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %,gündüz 65-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyiəsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti,gündüz 11 dərəcədən16 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən 5dərəcəyədək şaxta, gündüz 5 dərəcədən 10 dərəcəyədək olacaq.

Məqalədə:
Seçilən
134
49
az.trend.az

10Mənbələr