AZ

Efiopiyada yol qəzasında 22 miqrant ölüb

ain.az bildirir, Ayna saytına əsaslanaraq.

Hadisə nəticəsində 65 nəfər yaralanıb

Efiopiyanın şimal-şərqində yerləşən Afar bölgəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 22 miqrant ölüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hadisə nəticəsində 65 nəfər yaralanıb.

İlkin versiyaya görə, sürücü idarəetməni itirib və miqrantları daşıyan yük maşını yoldan çıxaraq aşıb. Yaralılar təcili olaraq yaxınlıqdakı tibb müəssisələrinə aparılıb, onların çoxunun vəziyyəti ağırdır.

Qeyd edək ki, efiopiyalı miqrantlar son illərdə Cibutiyə gedərək, oradan isə Qırmızı dənizi keçərək Yəmən vasitəsilə Yaxın Şərqə çatmağa çalışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
ayna.az

5Mənbələr