AZ

AMB məzənnənin açıqlanmasını dayandırdı

Azərbaycan Mərkəzi Bankı (AMB) Bolqarıstan levinin məzənnəsinin açıqlanmasını dayandırıb.

 

AMB-dən bildirilib ki, 01 yanvar 2026-cı il tarixindən etibarən Bolqarıstan Respublikasının avro zonasına üzv olması ilə əlaqədar olaraq ölkənin rəsmi pul vahidi kimi avronun tətbiqinə başlanılıb.

 

Qeyd edilib ki, bununla əlaqədar olaraq, 05 yanvar 2026-cı il tarixindən etibarən Bolqarıstan levi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən açıqlanan rəsmi məzənnələr siyahısından çıxarılıb.

Tarix: 7 Yanvar 2026, 13:45   
Seçilən
43
10
pravda.az

10Mənbələr