ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) Bolqarıstan levinin məzənnəsinin açıqlanmasını dayandırıb.
Globalinfo.az-ın xəbərinə görə, AMB-dən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, 01 yanvar 2026-cı il tarixindən etibarən Bolqarıstan Respublikasının avro zonasına üzv olması ilə əlaqədar olaraq ölkənin rəsmi pul vahidi kimi avronun tətbiqinə başlanılıb.
Qeyd edilib ki, bununla əlaqədar olaraq, 05 yanvar 2026-cı il tarixindən etibarən Bolqarıstan levi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən açıqlanan rəsmi məzənnələr siyahısından çıxarılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.