AZ

Mina partlayışında xəsarət alan şəxsin son durumu açıqlandı

Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində baş verən mina hadisəsi zamanı xəsarət alan şəxsin son durumu açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasına gətirilən şəxsə sağ diz oynağının açıq yarası və sağ baldırın yuxarı və aşağı 1/3 açıq yarası, hər iki budun açıq yaraları, qarnın ön divarının açıq yaraları diaqnozu təyin edilib.

Qeyd olunub ki, hazırda pasiyentin müalicəsi xəstəxanda davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Xatırladaq ki, partlayış barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Rəşad Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.


Telegram kanalımız
Seçilən
94
7
yenisabah.az

10Mənbələr