AZ

Cəbrayılda mina hadisəsində xəsarət alanın SON VƏZİYYƏTİ

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

07.01.2026-cı il tarixində saat 13:00 radələrində Cəbrayıl rayonda baş verən mina partlayışı səbəbilə xəsarət alan 1985-ci il təvəllüdlü (kişi) şəxs Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, ona sağ diz oynağının açıq yarası və sağ baldırın yuxarı və aşağı 1/3 açıq yarası, hər iki budun açıq yaraları, qarnın ön divarının açıq yaraları diaqnozu təyin edilib.

"Hazırda müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - qurumdan əlavə olunub.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
93
3
news.milli.az

10Mənbələr