AZ

Maduronun Türkiyəyə gəlişi ilə bağlı bizə heç bir rəsmi məlumat verilməyib - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-li həmkarı Donald Trampın Venesuela Prezidenti Nikolas Maduroya Türkiyəyə səfər etməklə bağlı təklif irəli sürməsi iddialarına münasibət bildirib.

Missiya.Az xəbər verir ki, Ərdoğan ABŞ mətbuatında yer alan xəbərləri şərh edərək qeyd edib ki, bu məsələ ilə bağlı Türkiyə tərəfinə hər hansı rəsmi məlumat daxil olmayıb.

“Belə bir şey yoxdur. Bizə bu barədə hər hansı bir xəbər gəlməyib”, – deyə Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin Venesuelanın paytaxtı Karakas şəhərinə hücum etdiyi və gecə saatlarında keçirilən əməliyyat zamanı Prezident Nikolas Maduro və həyat yoldaşının qaçırıldığı bildirilib.

Hadisədən sonra “New York Times” qəzeti ABŞ Prezidenti Donald Trampın Maduroya dekabrın sonunda istefa verərək Türkiyəyə getmək seçimini təklif etdiyini yazıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
37
11
missiya.az

10Mənbələr