AZ

Ərdoğan Trampın Maduronu Türkiyəyə dəvət etməsi ilə bağlı iddiaları təkzib edib

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə hökumətində ABŞ prezidenti Donald Trampın Nikolas Maduroya Türkiyəyə getməyi təklif etməsi barədə məlumat yoxdur.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Belə bir şey yoxdur. Bizə belə bir xəbər gəlməyib”,- deyə Ərdoğan iddiaları təkzib edib.

Qeyd edək ki, bundan əvvəl “New York Times” qəzeti ABŞ-ın Maduroya hakimiyyətdən əl çəkib Türkiyəyə getməyi təklif etdiyi, lakin Maduronun bu təkliflə razılaşmadığı barədə yazı dərc etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
11
apa.az

10Mənbələr