AZ

Bakı metrosunda faciə baş verib

Reyting.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün saat 20:00 radələrində metronun “Nərimanov” stansiyasında sərnişin qatar relsinə düşüb.

Reyting.az “Bakı Metropoliteni”nin mətbuat xdmətinə istinadla xəbər verir ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti çağırılıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib. Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

Bütün səylərə baxmayaraq sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
23
reyting.az

10Mənbələr