AZ

"Nərimanov" stansiyasında dəhşət: Sərnişin relslərin üstünə yıxılaraq öldü

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bu gün saat 20 radələrində metronun "Nərimanov" stansiyasında 50-55 yaşlarında olan kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib.

"Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb", - məlumatda vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
1
www.bakupost.az

10Mənbələr