Hüseynov Zirəddin Tələt oğlu Ukraynada gedən müharibədə itkin düşüb.
NOCOMMENT.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Zirəddin Hüseynov Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qoşulub və Luqansk istiqamətində itkin düşüb.
Bloqer qeyd edib ki, H. Zirəddinin adı Rostovda ölənlər siyahısında olsa da, nəşi tapılmır.
