Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən azərbaycanlı itkin düşüb.
Publika.az xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov sosial şəbəkə hesabında məlumat paylaşıb.
O bildirib ki, Hüseynov Zirəddin Tələt oğlu Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qoşulub və Luqansk istiqamətində itkin düşüb.