AZ

“Nərimanov”da faciəvi şəkildə ölən şəxsin kimliyi məlum oldu

Bu gün metronun “N.Nərimanov” stansiyasında qatarın altına düşərək ölən şəxsin kimliyi müəyyənləşib.

NOCOMMENT.az qafqazinfo-ya istinadən xəbər verir ki,  faciəvi şəkildə ölən şəxs 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olub.

Şahidlərin bildirdiyinə görə, həmin şəxs özünü qatarın altına atıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
127
7
nocomment.az

9Mənbələr