AZ

“Nərimanov”da faciəvi şəkildə ölən şəxsin kimliyi məlum oldu

Bu gün metronun “N.Nərimanov” stansiyasında qatarın altına düşərək ölən şəxsin kimliyi müəyyənləşib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, faciəvi şəkildə ölən şəxsin 1968-ci il təvəllüdlü Qulu Rəhim oğlu Məmmədov olması məlum olub.

Şahidlərin bildirdiyinə görə, həmin şəxs özünü qatarın altına atıb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
134
7
cebheinfo.az

9Mənbələr