AZ

Səhərlər acqarına ilıq su içmək qaraciyərin və həzm sisteminin fəaliyyətiniAKTİVLƏŞDİRİR

Cənubi Koreyada aparılan genişmiqyaslı sağlamlıq araşdırması səhərlər acqarına bir stəkan ilıq su içməyin orqanizm üçün əhəmiyyətli faydalarını üzə çıxarıb.

Redaktor.az xəbər verir ki, tədqiqatçılar bu vərdişin xüsusilə qaraciyər və həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərdiyini bildiriblər.

Araşdırmada qeyd olunur ki, ilıq su gecə ərzində yavaşlayan maddələr mübadiləsini yenidən aktivləşdirir, qaraciyərin toksinləri parçalama prosesini sürətləndirir və bağırsaqların işləməsini tənzimləyir. Bu, gün ərzində şişkinlik, qəbizlik və halsızlıq hallarının azalmasına səbəb olur.

Mütəxəssislər bildirirlər ki, suyun temperaturu nə çox isti, nə də soyuq olmalıdır. İlıq suya bir neçə damcı limon suyu əlavə etmək həzmi daha da yaxşılaşdıra bilər. Lakin mədə problemi olan şəxslərə bu vərdişi tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.

Xədicə BAXIŞLI

Seçilən
96
2
redaktor.az

3Mənbələr