AZ

Səhərlər acqarına ilıq su içmək mütləqdir

Səhərlər

Səhərlər acqarına ilıq su içmək qaraciyərin və həzm sisteminin fəaliyyətini AKTİVLƏŞDİRİRCənubi Koreyada aparılan genişmiqyaslı sağlamlıq araşdırması səhərlər acqarına bir stəkan ilıq su içməyin orqanizm üçün əhəmiyyətli faydalarını üzə çıxarıb.Ulusum.az xəbər verir ki, tədqiqatçılar bu vərdişin xüsusilə qaraciyər və həzm sisteminin fəaliyyətinə müsbət təsir göstərdiyini bildiriblər.Araşdırmada qeyd olunur ki, ilıq su gecə ərzində yavaşlayan maddələr mübadiləsini yenidən aktivləşdirir, qaraciyərin toksinləri parçalama prosesini sürətləndirir və bağırsaqların işləməsini tənzimləyir. Bu, gün ərzində şişkinlik, qəbizlik və halsızlıq hallarının azalmasına səbəb olur.Mütəxəssislər bildirirlər ki, suyun temperaturu nə çox isti, nə də soyuq olmalıdır. İlıq suya bir neçə damcı limon suyu əlavə etmək həzmi daha da yaxşılaşdıra bilər. Lakin mədə problemi olan şəxslərə bu vərdişi tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşmək tövsiyə olunur.R.Daşdəmirova

Diqqət Çəkənlər

Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı

Razi Nurullayev: “Hər kəsin ailəsi ayrıdır, hamıya nəzarət mümkün deyil” DEDİ

ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA

Seçilən
25
2
ulusum.az

3Mənbələr