Olaylar.az xəbər verir ki, məlumata görə, mənzillər 1, 2 və 3 otaqlı olmaqla aylıq ödənişləri 347 manatdan başlayır. Yaşayış sahələrinin seçimi üçün imkanlar 15 yanvar 2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan mənzillərin siyahısı ilə müvafiq keçid vasitəsilə tanış ola bilərlər.
Bildirilib ki, müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçiriləcək.
Satmaq öhdəliyi ilə kirayəyə verilən yaşayış sahələri üzrə qaydalar, müraciətlərin qəbulu, mənzillərin seçilməsi və rəsmiləşdirilməsi ilə bağlı ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az), rəsmi "YouTube" kanalından, eləcə də "1549" Çağrı Mərkəzindən əldə etmək mümkündür.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlarla ümumilikdə 9077 kirayə müqaviləsi bağlanıb.