İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 222 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır.
Bu barədə Bizim.Media-ya İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.
Qeyd edilib ki, yeni mənzillər seçim üçün 15.01.2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.
Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlarla 9077 kirayə müqaviləsi bağlanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta