"Sabah" futbolçusu Neqoş Kupusoviçlə yolları ayırıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

N.Kupusoviç 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı.

Qeyd edək ki, futbolçu komandada 29 oyun keçirib.