"Sabah" futbolçusu Neqoş Kupusoviçlə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, məlumatı Bakı klubunun mətbuat xidməti yayıb.
Serbiyalı legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Kupusoviç 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, "bayquşlar"ın heyətində 29 oyun keçirib.