AZ

Elşad Xosenin həbsinə səbəb olan VİDEO

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, məşhur reper Elşad Xose 15 gün müddətinə inzibati qaydada həbs edilib.Bakupost.az xəbər verir ki, məşhur reperin həbs olunmasına səbəb video çəkərkən ünvansız təhqiramiz ifadələr səsləndirməsi olub.Belə ki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib.Reper həbsdən azad olunması üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Məhkəmədə Elşad Xose ailəli, ictimai xadim olduğunu və müalicə aldığını qeyd edib.Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış Elşad Xose tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyib. Elşad Xosenin həbs olunması ilə bağlı ilk məlumat "Qaynarinfo" saytında yayımlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
13
www.bakupost.az

10Mənbələr