Xəbər verdiyimiz kimi, məşhur reper Elşad Xose 15 gün müddətinə inzibati qaydada həbs edilib.
NOCOMMENT.az xəbər verir ki, məşhur reperin həbs olunmasına səbəb Yasamal rayonu, Ş.Qurbanov küçəsində video çəkərkən ünvansız təhqiramiz ifadələr səsləndirməsi olub. Beləki, 1979-cu il təvəllüdlü Əliyev Elşad Nazim oğlu İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib və 15 gün müddətinə inzibati qaydada həbs edilib. (savashmedia.az)