AZ

"Hoqqa" çay evində istehlaka yararsız içkilər aşkarlandı

Cəlilabad şəhəri, Nizami küçəsində fəaliyyət göstərən, fiziki şəxs Üzeyir Sərdar oğlu Şahmarova məxsus "Hoqqa" çay evində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

 

Bu barədə AQTA məlumat yayıb.

 

Bildirilib ki, obyektdə saxta və istifadə müddəti bitmiş içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb.

 

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Tarix: 8 Yanvar 2026, 16:27   
Seçilən
69
11
pravda.az

10Mənbələr