AZ

Cəlilabadda “Hoqqa” çay evində istehlaka yararsız içkilər aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Cəlilabad şəhəri, Nizami küçəsində fiziki şəxs Üzeir Sərdar oğlu Şahmarova məxsus “Hoqqa” çay evində keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıblar.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Ekologiya.az-a verilən məlumata görə, obyektdə saxta və istifadə müddəti bitmiş içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

 

Seçilən
21
11
ekologiya.az

10Mənbələr