AZ

Sahil Babayev keçmiş kadrına yeni vəzifə verdi – FOTO

Sadiq Cabir oğlu Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub.

Maliyyə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bununla bağlı maliyyə naziri Sahil Babayev Əmr imzalayıb.

S.Əliyev 1984-cü ildə anadan olub, 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə-kredit ixtisası üzrə bakalavr, 2005-2007-ci illərdə magistr dərəcəsi üzrə təhsil alıb.

2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində işləyib.

S.Əliyev 2024-cü ilin may ayından hazırkı təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Sahil Babayev 2018–2025-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəziəfini icra edib.


Bizim.Media

Seçilən
141
50
bizim.media

10Mənbələr