AZ

Dövlət Xəzinədarlıq Agentliyinə yeni direktor təyinatı olub

Sadiq Cabir oğlu Əliyev Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub.

 

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

 

O, 2006-2019-cu illərdə İqtisadiyyat Nazirliyində müxtəlif vəzifələrdə, 2019-cu ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində işləyib. Sadiq Əliyev 2024-cü ilin may ayından hazırkı təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

 

Qeyd edək ki, 2022-ci ildən Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru olmuş Nazim Qasımzadə vəzifəsindən azad edilib.

Tarix: 8 Yanvar 2026, 17:03   
Seçilən
88
50
pravda.az

10Mənbələr