Genişmiqyaslı daxili etirazlar fonunda İranın Xarici İşlər naziri Abbas Əraqçi Vaşinqton“diktatura siyasətindən əl çəkib vicdanlı dialoqa girən kimi”ABŞ ilə vicdanlı danışıqların başlaya biləcəyini vurğulayıb. Bununla belə, o, Beyruta səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında qeyd edib ki, İran istənilən vəziyyətə, xüsusən də İsraildən gələn misli görünməmiş təhlükələr qarşısında tam hazırdır.
Nobel Sülh Mükafatı laureatı və tanınmış iranlı hüquq müdafiəçisi Şirin Ebadi, öz növbəsində, İranın hazırda İslam Respublikası tarixində ən böyük tətil və etiraz dalğasını yaşadığını vurğulayıb.
“Nümayişlər göstərir ki, iranlılar “artıq despotizmi qəbul etmirlər”. Azad və demokratik İran bütün insanların əməkdaşlığında birlik və həmrəylik yolu ilə qurulacaq. İran xalqı daha az əzab və daha çox sevinclə fərqli bir İran qurmaq üçün birlikdə çalışır”,- Ebadi özünün “Instagram” səhifəsində yazıb.
Onun sözlərinə görə, cəmiyyətdə sərgilənənhəmrəylik gələcək siyasi hərəkatlar üçün ibrət dərsidir:“İranlılar artıq avtokratiyaya tabe olmayacaqlar”.
İranın Teleqram-kanallarının məlumatına görə isə, yanvarın 7-8-də İranda təhlükəsizlik qüvvələrinin sərt repressiyaları ilə müşayiət olunan xalq etirazları dalğası yenidən güclənib. Polis Fars əyalətinin Kühçənar və Lorestan əyalətinin Kuhdeşt şəhərlərindəetirazçılara atəş açıb. Kühçənar ərazisində internetdəciddi kəsilmələrin olduğu da bildirilir.
![]() |
| Rza Pəhləvi İranın güc strukturlarına müraciət edib| VİDEO |
Bu arada ABŞ Konqresinin respublikaçı üzvü Kit Selfİranın teokratik rejiminin saylı günlərinin qaldığını iddia edib.
“Küçələr etirazçılarla dolu olduğu halda, Ayətullah Əli Xamneyinin artıq dəyişiklik vaxtının gəldiyini başa düşməsi müdriklik olardı”,– müxalif “İran İnternational” telekanalı amerikalı konqresmendən sitat gətirir.
Yanvarın 7-də adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi İranın“dinc nümayişçiləri öldürəcəyi halda” ABŞ-nin buna güc tətbiqi ilə cavab verəcəyini deyib.
- Donald Tramp açıq şəkildə bildirib ki, İran dinc nümayişçiləri güllələyib vəhşicəsinə öldürsə, çox ciddi ziyanla üzləşəcək. “Gecəyarısı çəkici” və “Mütləq qətiyyət” əməliyyatları göstərdi ki, ABŞ prezident öz sözünün üstündə durur”,- amerikalı məmur “İran İnternational” telekanalına açıqlamasında vurğulayıb.
Xatırladaq ki, İranın vəliəhd şahzadəsi Rza Pəvləhi yanvarın 7-də ölkənin güc strukturlarının əməkdaşlarına müraciət edərək, onları etirazçıların yanında olmağa çağırıb.
Sahil İsgəndərov
AzVision.az
