AZ

Le Figaro: “İran elitaları Fransaya tələsir”

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az Fransanın “Le Figaro” qəzetinə istinadən xəbər verir ki, iranlı fransız jurnalisti Emmanuel Rezavinin iddiasına görə, son 24 saat ərzində islahatçı klanın bir sıra yüksək vəzifəli nümayəndələri, o cümlədən İslam Assambleyasının prezidenti parisli hüquqşünas vasitəsilə öz qohumları üçün Fransa vizası almağa cəhd ediblər. Genişmiqyaslı daxili etirazlar fonunda İranın Xarici İşlər naziri Abbas Əraqçi Vaşinqton “diktatura siyasətindən əl çəkib vicdanlı dialoqa girən kimi” ABŞ ilə vicdanlı danışıqların başlaya biləcəyini vurğulayıb. Bununla belə, o, Beyruta səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında qeyd edib ki, İran istənilən vəziyyətə, xüsusən də İsraildən gələn misli görünməmiş təhlükələr qarşısında tam hazırdır. Nobel Sülh Mükafatı laureatı və tanınmış iranlı hüquq müdafiəçisi Şirin Ebadi, öz növbəsində, İranın hazırda İslam Respublikası tarixində ən böyük tətil və etiraz dalğasını yaşadığını vurğulayıb. “Nümayişlər göstərir ki, iranlılar “artıq despotizmi qəbul etmirlər”. Azad və demokratik İran bütün insanların əməkdaşlığında birlik və həmrəylik yolu ilə qurulacaq. İran xalqı daha az əzab və daha çox sevinclə fərqli bir İran qurmaq üçün birlikdə çalışır”, - Ebadi özünün “Instagram” səhifəsində yazıb. Onun sözlərinə görə, cəmiyyətdə sərgilənən həmrəylik gələcək siyasi hərəkatlar üçün ibrət dərsidir: “İranlılar artıq avtokratiyaya tabe olmayacaqlar”. İranın Teleqram-kanallarının məlumatına görə isə, yanvarın 7-8-də İranda təhlükəsizlik qüvvələrinin sərt repressiyaları ilə müşayiət olunan xalq etirazları dalğası yenidən güclənib. Polis Fars əyalətinin Kühçənar və Lorestan əyalətinin Kuhdeşt şəhərlərində etirazçılara atəş açıb. Kühçənar ərazisində internetdə ciddi kəsilmələrin olduğu da bildirilir.

Rza Pəhləvi İranın güc strukturlarına müraciət edib | VİDEO

Ölkənin bir sıra bölgələrində itaətsizliyə qarşı repressiyalar fonunda etiraz hərəkatı vətəndaş müqaviməti kimi genişlənməkdə davam edir. Yanvarın 8-də Kürdüstan partiyaları, siyasi təşkilatları və vətəndaş təşkilatlarının birgə çağırışına cavab olaraq Sənəndəc, Rəvanser, Merivan və Divandar şəhərlərində ümumi tətillər başlayıb. Ticarət obyektləri və müəssisələr bağlanıb. İlam vilayətinin Serable şəhərində etirazçılar İranın Ali dini lideri Əli Xamneyinin plakatlarını yandırıblar. Bu arada ABŞ Konqresinin respublikaçı üzvü Kit Self İranın teokratik rejiminin saylı günlərinin qaldığını iddia edib. “Küçələr etirazçılarla dolu olduğu halda, Ayətullah Əli Xamneyinin artıq dəyişiklik vaxtının gəldiyini başa düşməsi müdriklik olardı”, – müxalif “İran İnternational” telekanalı amerikalı konqresmendən sitat gətirir. Yanvarın 7-də adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi İranın “dinc nümayişçiləri öldürəcəyi halda” ABŞ-nin buna güc tətbiqi ilə cavab verəcəyini deyib. - Donald Tramp açıq şəkildə bildirib ki, İran dinc nümayişçiləri güllələyib vəhşicəsinə öldürsə, çox ciddi ziyanla üzləşəcək. “Gecəyarısı çəkici” və “Mütləq qətiyyət” əməliyyatları göstərdi ki, ABŞ prezident öz sözünün üstündə durur”, - amerikalı məmur “İran İnternational” telekanalına açıqlamasında vurğulayıb. Xatırladaq ki, İranın vəliəhd şahzadəsi Rza Pəvləhi yanvarın 7-də ölkənin güc strukturlarının əməkdaşlarına müraciət edərək, onları etirazçıların yanında olmağa çağırıb. Sahil İsgəndərov

AzVision.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
azvision.az

2Mənbələr