AZ

“Xalqlar dostluğu”nun yaxınlığında naməlum meyit tapıldı – FOTO

Bu gün səhər saatlarında metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında kişi meyiti tapılıb.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, əraziyə polis və təcili yardım briqadası cəlb olunub.

55-60 yaşlarındakı kişinin şəxsiyyəti hələlik məlum deyil. Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirildi ki, bu gün saat 07:50 radələrində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonundan təcili çağırış daxil olub:

“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.



Bizim.Media

Seçilən
73
2
bizim.media

3Mənbələr