Bu gün səhər saatlarında metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında kişi meyiti tapılıb.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, əraziyə polis və təcili yardım briqadası cəlb olunub.
55-60 yaşlarındakı kişinin şəxsiyyəti hələlik məlum deyil. Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirildi ki, bu gün saat 07:50 radələrində Respublika Təcili və
Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonundan təcili çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta