AZ

Goranboyda avtomobil piyadanıÖLDÜRDÜ

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az
APA-ya istinadla xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil Kəlbəcər rayon sakini, hazırda Goranboyda yaşayan 1947-ci il təvəllüdlü E. Həsənovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
141
7
redaktor.az

10Mənbələr