AZ

Goranboyda avtomobil piyadanı VURDU


Ajans.az-ın məlumatına görə, qəza rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" markalı avtomobil Kəlbəcər rayon sakini, hazırda Goranboyda yaşayan 1947-ci il təvəllüdlü E. Həsənovu vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
41
7
Ajans.az

10Mənbələr