AZ

İstanbulda fırtına fəsadlar törətdi: 45 ağac qopdu, 89 dam uçdu

İstanbul şəhərində şiddətli külək və fırtına bəzi fəsadlar törədib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, səhər saatlarından indiyədək 45 ağac qopub, 89 dam uçub, ⁠1 istinad divarı çöküb.

Bir nəfərin yüngül xəsarət aldığı deyilir.

Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), yanğınsöndürmə və təcili tibbi yardım bölmələrinin əməkdaşları daxil olan 350-yə yaxın müraciətə dərhal reaksiya verib.

Fırtınanın saat 22.00-dək (Bakı vaxtı ilə 23:00) davam edəcəyi gözlənilir.


Telegram kanalımız
Seçilən
25
7
yenisabah.az

9Mənbələr