AZ

İstanbulda fırtına nəticəsində 45 ağac qopub, 89 dam uçub

Moderator.az saytına istinadən ain.az xəbər verir.

İstanbul şəhərində şiddətli külək və fırtına bəzi fəsadlar törədib.

Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, səhər saatlarından indiyədək 45 ağac qopub, 89 dam uçub, ⁠1 istinad divarı çöküb.

Bir nəfərin yüngül xəsarət aldığı deyilir.

Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), yanğınsöndürmə və təcili tibbi yardım bölmələrinin əməkdaşları daxil olan 350-yə yaxın müraciətə dərhal reaksiya verib.

Fırtınanın saat 22.00-dək (Bakı vaxtı ilə 23:00) davam edəcəyi gözlənilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
85
7
moderator.az

9Mənbələr