AZ

Sumqayıtda zavodda partlayış: Yaralı var

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Ekologiya.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

 Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Qurbanov Elməddin Səxavət oğlu operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

 Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır. ("Report")

Seçilən
72
29
ekologiya.az

10Mənbələr