AZ

Sumqayıtda zavodda boru partlayıb, bir nəfər xəsarət alıb - Yenilənib 

Yanvarın 9-da saat 00:10 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına 1994-cü il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub...

Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, göz almasının dağılımına və tamlığının pozulmasına gətirib çıxaran termiki yanıq diaqnozu təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində ilkin tibbi xidmət göstərilib. Daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.

***

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Poliqon xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Poliqon.info

Seçilən
77
29
poliqon.info

10Mənbələr