
“İran Prezidenti Məsud Pezeşkian ölkədə 12 gündən artıqdır davam edən etirazlar fonunda təhlükəsizlik qüvvələrini maksimum təmkinli davranmağa çağırıb”.
Missiya.Az xəbər verir ki, bu barədə İran prezidentinin icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaempənah məlumat verib.
O bildirib ki, prezidentin yeni qərarına əsasən, milli təhlükəsizliyə ciddi təhdid olmadığı hallarda təhlükəsizlik qüvvələri etirazçılarla qarşıdurmadan mümkün qədər çəkinməlidir.
Qaempənahın sözlərinə görə, silah və bıçaq gəzdirən, eləcə də hərbi və hüquq-mühafizə orqanlarının mərkəzlərinə hücum edən şəxslər iğtişaşçılar kimi dəyərləndirilir.
Siyasətçi həmçinin qeyd edib ki, təhlükəsizlik qüvvələri dialoq və dinc ünsiyyəti təmin etməli, İran xalqının tələblərinə qulaq asmalıdır.
Daşqın HəsənovMissiya.Az