AZ

Pezeşkian təhlükəsizlik qüvvələrinə çağırış etdi: “Etirazçılarla qarşıdurmadan çəkinin”

İran prezidenti Məsud Pezeşkian ölkədə 12 gündən artıqdır davam edən etirazlar fonunda təhlükəsizlik qüvvələrini maksimum təmkinli davranmağa çağırıb. Bununla bağlı, İran prezidentinin icra məsələləri üzrə müavini Məhəmmədcəfər Qaempənah məlumat verib.

Vətəninfo.az xəbər verir ki, Qaempənah iki gün əvvəl Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə müsahibəsində bildirib ki, prezidentin yeni qərarına əsasən, milli təhlükəsizliyə ciddi təhdid olmadığı hallarda təhlükəsizlik qüvvələri etirazçılarla qarşıdurmadan mümkün qədər çəkinməlidir.

Onun sözlərinə görə, silah və bıçaq gəzdirən, eləcə də hərbi və hüquq-mühafizə orqanlarının mərkəzlərinə hücum edən şəxslər iğtişaşçılar kimi dəyərləndirilir. Bununla yanaşı, Qaempənah vurğulayıb ki, təhlükəsizlik qüvvələri dialoq və dinc ünsiyyəti təmin etməli, İran xalqının tələblərinə qulaq asmalıdır.

Seçilən
21
3
veteninfo.az

4Mənbələr