Bakı. Trend:
İnsan orqanizimində D vitamininin əvəzolunmaz rolu var və o birçox sağlamlıq parametrlərinin indikatorudur. Eyni zamanda, buvitamin çatışmazlığının hamilə qadınların sağlamlığına da təsirivar.
Trend xəbərverir ki, D vitamini dedikdə nə başa düşülür və onun qəbul edilməyolları, sağlamlığa təsiri barədə və çatışmazlığının fəsadları iləbağlı suallara Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq vəGinekologiya İnstitutunun həkim mama-ginekoloqu Aynurə Qaybalıyevaaydınlıq gətirib.
Aynurə xanım, D Vitamini nədir və onun funksiyaları?
- D vitamini çox vaxt “günəş vitamini” kimi tanınır, çünki insanorqanizmi onu əsasən günəş şüalarının təsiri ilə özü sintez edir.Lakin, bu sadə vitamin anlayışından daha artıqdır. D vitaminiəslində hormonabənzər bir maddədir və hüceyrə səviyyəsində minlərləprosesin idarəsində iştirak edir. Bu vitamin yağda həll olunur,qaraciyər və böyrəklərdə aktiv formaya çevrilərək öz funksiyasınıyerinə yetirir.
Orqanizmdə D vitamininin əsas funksiyası kalsium və fosforunbağırsaqlarda sorulmasını təmin etməkdir. Bu, sümüklərinmöhkəmliyini qorumaq və diş strukturunun normal inkişafı üçünvacibdir. Bundan əlavə, D vitamini əzələlərin gücünü, sinirsisteminin işləməsini və immun sisteminin effektiv fəaliyyətinidəstəkləyir. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığıtəkcə fiziki deyil, həm də psixoloji pozuntulara səbəb ola bilər –məsələn, depressiya, yuxusuzluq və konsentrasiya pozuntuları.Beləliklə, D vitamini təkcə sümük sağlamlığı üçün deyil, həm dəümumi həyat keyfiyyəti üçün vacib amildir.
- Hamiləlik dövründə D vitamini niyə bu qədər vacibdir?
- Hamiləlik zamanı qadın orqanizmi bir sıra ciddi dəyişikliklərəməruz qalır. Bu dövr, yalnız bir insanın yox, iki canlının – ana vədölün – paralel ehtiyaclarının qarşılanmalı olduğu kompleks birbioloji mərhələdir. Bu səbəbdən bəzi vitaminlərə, xüsusilə də Dvitamininə tələbat artır.
D vitamini dölün skelet sisteminin inkişafı üçün həyati əhəmiyyətdaşıyır. Körpənin sümüklərinin formalaşması, diş toxumasınınyaranması, sinir sisteminin və immun sisteminin sağlam inkişafı buvitaminin iştirakı ilə baş verir. D vitamini həm də plasentanınnormal fəaliyyətinə, dölə oksigen və qida maddələrinin düzgündaşınmasına kömək edir. Eyni zamanda doğuş müddətinintənzimlənməsində və erkən doğuş riskinin azaldılmasında da mühümrol oynayır.
Əgər hamilə qadının orqanizmində D vitamini səviyyəsi aşağı olarsa,bu həm ana, həm də körpə üçün ciddi sağlamlıq riskləri yaradabilər. Belə ki, bu vitaminin yetərsizliyi uşaqda raxit kimi sümükdeformasiya xəstəliklərinə, zəif immun sisteminə və inkişafgeriliklərinə səbəb ola bilər.
- D vitamini əskikliyinin vaxtında təyin olunmaması ana və dölüçün gizli təhlükə sayılırmı?
- D vitamininin əskikliyi bəzən səssiz şəkildə irəliləyir, lakintəsirləri olduqca ciddidir. Hamilə qadınlarda bu çatışmazlıq ilknövbədə əzələlərdə zəiflik, tez yorulma, sümük ağrıları ilə özünügöstərir. Bununla yanaşı, yuxusuzluq, əhval pozğunluğu vədepressiyaya meyillilik də müşahidə oluna bilər. Bu simptomlar çoxzaman hamiləliklə əlaqələndirilərək ciddi qəbul olunmur, lakinkökündə D vitamini çatışmazlığı dayanır.
Bu çatışmazlıq gestasion diabetin, preeklampsiyanın və erkən doğuşriskinin artmasına səbəb olur. Həmçinin, kalsiumun orqanizmdədüzgün paylanmaması nəticəsində ana osteoporoz riski ilə üzləşəbilər.
Döl üçün isə D vitamini çatışmazlığı, xüsusilə sümük sistemininzəif formalaşmasına, aşağı doğum çəkisinə, zəif immunitetə, tez-tezinfeksiyalara və hətta psixomotor inkişafın gecikməsinə səbəb olabilər. Araşdırmalar göstərir ki, D vitamini çatışmazlığı olananaların körpələrində sonradan astma, allergik xəstəliklər və bəziautoimmun problemlər inkişaf edə bilər.
- D vitamini çatışmazlığını necə bərpa etmək olar?
- D vitamini orqanizmə üç əsas yolla daxil olur: günəş işığı,qidalar və tibbi əlavələr vasitəsilə. Günəş şüaları vasitəsilə dərialtında sintez olunan D vitamini təbii mənbə sayılır. Dərininaçıqda qalması və gün ərzində təxminən 15-20 dəqiqə günəş altındaolmaq bu prosesin baş verməsi üçün kifayət edir.
Qidalarla qəbul edilən D vitamini mənbələri arasında som balığı,sardina, yumurta sarısı, balıq yağı, süd və süd məhsulları xüsusiləseçilir. Lakin bu məhsulların gündəlik istehlakı ilə D vitaminitələbatını tam qarşılamamaq mümkündür. Buna görə də xüsusilə hamiləqadınlara həkim məsləhəti ilə D vitamini əlavələri – damcı, kapsulvə ya maye formada – təyin olunur. Bu preparatlar yalnız laboratoranalizlərdən sonra və həkim təyinatı ilə istifadə olunmalıdır.
- Hamiləlik zamanı D vitamini nə qədər qəbul olunmalıdır və necəistifadə edilməlidir?
- Hamiləlik dövründə bir qadının gündəlik D vitamini ehtiyacıtəxminən 600-2000 IU (Beynəlxalq Vahid) arasında dəyişir. Bu rəqəmşəxsin yaşına, dərisinin günəşə məruz qalma səviyyəsinə, bədənçəkisinə, yaşadığı iqlimə və ümumi sağlamlıq vəziyyətinə görədəyişə bilər. Əgər analizlər nəticəsində D vitamini səviyyəsi aşağıçıxarsa, həkim bu ehtiyaca uyğun dozada preparat təyin edir.
D vitamini yağda həll olunan vitamin olduğu üçün yağlı yeməklərləbirlikdə qəbul etmək onun mənimsənilməsini artırır. Lakin, diqqətliolmaq lazımdır – özbaşına, nəzarətsiz qəbul edilən yüksək dozasağlamlıq üçün təhlükəli ola bilər.
- D vitamini çatışmazlığının müalicəsi necə aparılır?
- D vitamini çatışmazlığını aşkar etmək üçün ən etibarlı üsulqan analizidir. 25-hidroksivitamin D [25(OH)D] səviyyəsinəbaxılaraq orqanizmdə bu vitaminin miqdarı müəyyən olunur. Əgərsəviyyə normadan aşağıdırsa, həkim qısa müddətli yüksək dozalımüalicə kursu təyin edə bilər. Daha sonra isə saxlayıcı, yəniprofilaktik dozaya keçid edilir və bu dövrdə mütəmadi təkraranalizlərlə vitaminin səviyyəsi nəzarətdə saxlanır.
Planlı şəkildə hamilə qalmaq istəyən qadınlar üçün bu analizlərinhamiləlikdən əvvəl verilməsi tövsiyə olunur. Beləliklə, həmhamiləlik daha rahat keçir, həm də körpənin inkişafında ciddiproblemlərin qarşısı alınır.
- Ana südü dövründə D vitamini qəbulunun davam etdirilməsitövsiyə olunurmu?
- D vitamini ehtiyacı doğuşdan sonra da davam edir. Əksinə, budövrdə həm ananın bərpası, həm də körpənin düzgün inkişafı üçün buvitamin daha da önəm qazanır. Ana südü ilə qidalanan körpələr üçünlazım olan D vitamini məhz ana orqanizmindən ötürülür. Əgər anakifayət qədər D vitamini qəbul etməzsə, bu, körpədə sümük zəifliyi,raxit və infeksiyalara qarşı zəif müqavimətə səbəb ola bilər.
Bu səbəbdən süd verən analara da hamiləlik dövründə olduğu kimihəkim nəzarətində vitamin qəbulu tövsiyə olunur. Bu, həm ananın,həm də körpənin sağlamlığı üçün əvəzolunmazdır.
- D vitamininin dozası artıq olarsa, bu nə kimi hallara səbəbola bilər?
- D vitamininin azlığı qədər artıqlığı da təhlükəlidir. Yüksəkdozada qəbul olunan D vitamini qanda kalsiumun səviyyəsiniartıraraq hiperkalsemiyaya səbəb ola bilər. Bu isə ürəkbulanma,halsızlıq, susuzluq, iştahsızlıq, qusma, böyrək daşı əmələ gəlməsivə hətta orqan zədələnməsi ilə nəticələnə bilər. Bu səbəbdən, Dvitamini preparatları yalnız həkim nəzarəti altında, dəqiq analiznəticələrinə əsaslanaraq qəbul edilməlidir. Xüsusilə hamiləlikdövründə “profilaktika məqsədilə” yüksək dozada qəbul tamamilərisklidir.